Dünya

Lukaşenko iki naziri qovdu - Birini də zavoda göndərdi - YENİLƏNİB - VİDEO

14 Avqust 2018 20:26
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:26

Vitebsk vilayətindəki zavodların birinə səfər edən Belarus prezidenti hökuməti sərt tənqid edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Aleksandr Lukaşenko Orşansk rayonunun kompleks inkişafına dair iclasda iki naziri işdən qovub. Lukaşenko insanların məmurlara nifrət etməsinin əsas səbəbi kimi onların öz işlərinə məsuliyyətsiz və etinasız yanaşmalarını göstərib.

Vitebsk qubernatoruna şiddətli töhmət elan edən Lukaşenko sənaye naziri Vitali Vovku işdən azad edərək, zavoda işləməyə göndərib. Nazirin burada hansı vəzifə tutacağına tam aydınlıq gətirməyən prezident, onun şəxsən zavodu düşdüyü çətin vəziyyətdən çıxarmalı olduğunu deyib. Lukaşenko sənaye naziri ilə birgə arxitektura və tikinti nazirini də istefaya göndərib.

Həmçinin, Dövlət Hərbi Sənaye Komitəsi və Təhlükəsizlik Şurasının sədrlərinin də vəzifələrinin öhdəsindən gələ bilmədiklərini vurğulayan Belarus prezidenti, payıza qədər hərbi-sənaye kompleksində vəziyyəti düzəltməyəcəkləri təqdirdə, onların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.

20:14

Belarus prezidenti Aleksandr Lukaşenko sənaye və tikinti nazirlərini istefaya göndərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dövlət başçısı həmçinin onun tapşırıqlarını yerinə yetirməyən digər nazirləri də işdən azad edəcəyi ilə təhdid edib.

"Bu həftə ərzində tərəfimdən formalaşdırılan kadr ehtiyatından hökumətin bütün rəhbərliyinin dəyişdirilməsinə dair təklif irəli sürülməlidir. Onları dinləməyimiz yetər, onlar da bizə nə qədər çətin olduğundan söz açacaqlar!", - Lukaşenko deyib.

Dövlət başçısının sözlərinə görə, onun tapşırıqlarının yerinə yetirilməməsinin əsas səbəbi hökumətin bu tapşırıqlara ciddi yanaşmamasındadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.