Dünya

İngiltərə ABŞ-ın çağırışlarına MEYDAN OXUDU: Rahib azad edilsə...

14 Avqust 2018 11:24
1 Şərh     Baxış: 2 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Karen Payers amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsi və ABŞ-ın buna görə Türkiyəyə maliyyə sanskiyası tətbiq etməsi ilə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, K.Payers Türkiyədə müasir demokratiyanın hökm sürdüyünü və hüququn üstünlüyünə, hüquq qaydalarına əməl edəcəyini bildirib.

"Foks Nyus" televiziyasına danışan təmsilçi həm Türkiyə, həm də ABŞ-ın NATO-dakı müttəfiqləri olduğuna diqqət çəkib: "Hər ikisi ilə də münasibətlərimizə dəyər veririk. Onlar keçmişdə bir-birilərinə son dərəcə yaxın idilər. Bu, iki ölkənin öz aralarında həll edəcəyi özəl mövzudur. Con Bolton (Ağ Evin milli təhlükəsizlik məsləhətçisi) ilə Türkiyə səfirinin görüşməsindən xəbərim yoxdur, amma məncə, bu, irəliyə doğru bir addımdır. Rahibin azadlığa buraxılması bəlkə də iki ölkə arasındakı böhranı yumşalda bilər. Hazırda münasibətlərdə başqa problemlərin də olduğunu bilirəm. Lakin Türkiyə demokratik ölkədir. Keçmişdə həbslər və müstəqil məhkəmə ilə bağlı çağırışlar etmişdik. Türkiyə ilə bəzi ədliyyə mövzularında ortaq işləməyimiz lazım olduğunu düşünürəm". /Publika.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.