Dünya

Tayvanda xəstəxanada yanğın olub: 9 ölü, 16 yaralı

13 Avqust 2018 08:19
0 Şərh     Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. İnsident gecə saatlarında məlum olmayan səbəbdən xəstəxananın 7-ci mərtəbəsində baş verib.

Yanğın barədə məlumat yerli vaxtla saat 04:36-da yanğınsöndürmə xidmətinə daxil olub. Hadisə yerinə 79 texnika və 243 yanğınsöndürən gəlib və yanğın saat 05:27-də nəzarət altına alınıb.

Hazırda xəsarət alanlardan 10-nun vəziyyəti çox ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.