Dünya

Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb

12 Avqust 2018 23:45
0 Şərh     Baxış: 933

Çexiya ordusu Əfqanıstanda intiharçının törətdiyi terror aktının təşkilatçılarını tapmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, terror aktı nəticəsində Baqram hərbi bazası yaxınlığında patrul xidmətində olan Çexiyanın üç hərbi qulluqçusu həlak olub, iki əfqan və bir amerikalı ağır yaralanıb.

Çexiyanın NATO üzrə tərəfdaşları da axtarışlara qoşulacaq. Bu barədə jurnalistlərə məlumat verən Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleş Opata deyib ki, ordu bu məqsəd üçün ilk növbədə artıq Əfqanıstanda xidmətdə olan əsgərlərdən istifadə etmək istəyir. Hazırda Çexiya hərbçilərindən heç biri Əfqanıstandan vətənə vaxtından əvvəl dönmək istədiyini bildirməyib.

A.Opata bildirib ki, axtarışlar həm analitiklərdən, həm də kəşfiyyat xidmətləri tərəfindən böyük səylər tələb edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.