Dünya

Tramp sabiq köməkçisini “yazıq” adlandırdı

12 Avqust 2018 10:05
0 Şərh     Baxış: 748

ABŞ prezidenti Donald Tramp yeni kitabında Amerika liderini "psixi xəstəlikdən" əziyyət çəkən "irqçi" kimi təqdim edən keçmiş köməkçisi Omaros Maniqol-Nyumanı "yazıq" adlandırıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, belə bəyanatla Tramp baykerlərin Bedminsterdə təşkil olunan mitinqində çıxış edib.

Maniqol-Nyuman və onun kitabı barədə verilən suala Tramp belə cavab verib:

"Yazıq. O, yazıqdır".

Daha öncə Maniqol-Nyumanın kitabından bir fakt KİV-ə sızmışdı. Trampın sabiq köməkçisi yazır ki, 2017-ci ildə vəkili Maykl Koenlə Ağ Evdə görüşdən sonra Amerika liderinin vərəqi çeynədiyini görüb.

Ağ Evdə bu xəbəri təkzib ediblər.

Maniqol-Nyumanın "Sərsəmləmiş: Trampın Ağ Evindən baxış" kitabı ABŞ-da avqustun 14-də satışa çıxarılacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.