Dünya

İran XİN-i ABŞ-ı sanksiyalardan asılılığını "müalicə" etməyə çağırıb

12 Avqust 2018 07:50
0 Şərh     Baxış: 701

ABŞ sanksiyalardan asılılığını "müalicə" etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində yazıb.

XİN rəhbəri yazıb: "ABŞ prezidenti Donald Trampın öz NATO üzrə müttəfiqi olan Türkiyəyə iqtisadi çətinliklər yaratmağına görə sevinci - rüsvayçılıqdır. ABŞ-ın sanksiyalar və təhqirlərdən asılılığını müalicə etməlidirlər. Əks halda bütün dünya birləşəcək və şifahi xəbərdarlıqlardan kənara çıxıb Vaşinqtonu bunu etməyə məcbur edəcək. Biz bir-birimiz üçün artıq keçmişdə dayaq olmuşuq, biz yenə də bunu etməyə hazırıq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.