Dünya

İrandan ABŞ-a gözlənilməz müraciət

11 Avqust 2018 21:07
20 Şərh     Baxış: 4 445

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Donald Trampın Türkiyəyə qarşı son qərarından sonra ABŞ-ı sanksiyalar tətbiq etmək praktikasından imtina etməyə çağırıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Trampın NATO üzrə tərəfdaşı Türkiyəyə qarşı iqtisadi çətinliklərin yaradılmasına sevinməsi utancvericidir. ABŞ özünün sanksiyalar və təcridetmə ilə bağlı asılılığından imtina etməlidir. Əks halda bütün dünya sözdə qınamaqdan imtina edib onları buna məcbur edəcəklər. Biz əvvəllərdə öz qonşularımızı dəstəkləmişik və indi də dəstəkləyəcyik", - deyə iranlı nazir bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Donald Tramp bəyan edib ki, o Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb.

"Türkiyəyə gəldiksə mən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!", - Tramp Twitterdə yazıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu iqtisadi müharibəni uduzmayacağını bəyan edib.

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün Bakı saatı ilə 10.23 radələrində 6 lirəni keçərək rekordu təzələyib.

Xatırladaq ki, Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət Amerika ilə Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, müzakirələrin davam etdiyini deyib.

Rahib Bransonın həbsi və Vaşinqton rəhbərliyinin aldığı sanksiya qərarları səbəbi ilə Türkiyə və ABŞ arasında başlayan böhranı həll etmək üçün ABŞ-a gedən türk nümayəndə heyəti dünən ABŞ dövlət katibinin birinci müavini Con Sullivan ilə bir araya gəlib.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Samire · 11 Avqust 21:57011

    Cavad Zerifin anasi azerbaycanli, atasi ise fars milletidi.

    Cavab yaz
    • Anonim
      AZƏRİ · 12 Avqust 11:23201

      Atası azərbaycanlı-filan deyil. Camaata şət atmayın!

      Cavab yaz
  • Anonim
    Haqq · 11 Avqust 22:06351

    İran həmişə sözünü deyib.Halal olsun.

    Cavab yaz
    • Anonim
      men · 11 Avqust 22:50037

      soz demekle nese olmur

      Cavab yaz
      • Anonim
        AZƏRİ · 12 Avqust 11:24360

        Söz vardır kəsdirər başı.Söz vardır kəsər savaşı

        Cavab yaz
        • Anonim
          men · 12 Avqust 17:25041

          o dediyin kecmisde qaldi.indi basi da savasi da kesdiren puldur.

          Cavab yaz
      • Anonim
        Haqq · 12 Avqust 14:23320

        Söz deməyə hünər lazımdır.

        Cavab yaz
        • Anonim
          men · 12 Avqust 21:28030

          dediyin sozu elemeye de qeyret

          Cavab yaz
          • Anonim
            Haqq · 13 Avqust 11:54560

            O da ki sizlərdə yoxdur.

            Cavab yaz
            • Anonim
              men · 13 Avqust 12:581449

              40 ildi israili yer uzunden sileceyi ile hedeleyib hec ne ede bilmediyine gore qeyretin kimde olmadigi goz qabagindadir)))

            • Anonim
              men · 13 Avqust 12:59150

              szi ancaq quru soz demekle ozunuzu ovundurun!

          • Anonim
            Haqq · 13 Avqust 19:15540

            Türkiyə yaş söz deyir? Qorusun da sünni qardaşlarını.Fələstində şiələrin ən böyük düşməni Səddama heykəl qoyublar və üzərində nə yazıldığını bilirsən?

            Cavab yaz
            • Anonim
              men · 13 Avqust 20:42054

              O dediyin sunni qardaslar 400 il himayesinde qaldiqlari Osmanliya xeyanet etmeseydiler bu gun acinacaqli veziyyetde olmazdilar.Bununla bele gunahi Turkiyede gorursen?

            • Anonim
              men · 13 Avqust 20:45056

              Kecen esr alti yeddi avropa dovletini meglub etmis hedelere ve sanksiyalara baxmqyaraq Kiprr qosun cixartmis Turkiyenin avropa ve aemrikank hedelemsi normaldir.

            • Anonim
              men · 13 Avqust 20:46047

              Men sene sual verreim son iki yuz il erzi de iran hansi dovlete qalib gelib hansi xristian dovletlerle muharibe apwrib?

          • Anonim
            Haqq · 14 Avqust 11:28510

            Sən 40 ildən yox, 25 ildən, qız- gəlinlərdən danış, ay " qeyrətli".

            Cavab yaz
          • Anonim
            Haqq · 14 Avqust 11:31480

            İran deyir kimin hünəri çatır mənə hücum etsin dərsini verim.İran bəlkə deyib İsraili bu gün yer üzündən silərəm? Elə deyib? Faktın var? Mən 2025- ci ilə kimi eşitmişəm.

            Cavab yaz
            • Anonim
              men · 14 Avqust 12:16049

              heqiqeten fikirlesirsen ki qerb qeti sekilde irana hucum edecek? eger bele fikirlesirsense heqiqeten de cahilsen.qerbin strategiyasi melumdur icerden parcalayib zeifletmek ve en sonda hucum etmek.

          • Anonim
            Haqq · 14 Avqust 12:32520

            Sən 11:28-də yazdığımdan danış.İrandan yox.İranın problemi sənə qalmayıb.Sənin yerində kim olsaydı başını salardı aşağı.Hələ qeyrətdən danışır.

            Cavab yaz
            • Anonim
              men · 14 Avqust 14:12049

              serhim verilmeyib.Evvela movzu Qarabag deyil,olanda reyini bildirersen.Ikincisi o dediyin esirler hamimiz ucun basi asagiliqdir.Ucuncusu iranin derdi qardasi ermeniye qalsin.Dorduncusu qadin usaq qatiline qardas deyende qeyret olmur.Besincisi istediyim movzuya rey bildirerem.Altincisi digerleri kimi suallarimdan qacma cavab ver.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.