Dünya

Ərdoğan: Düşdüyümüz vəziyyətdən çıxacağıq

11 Avqust 2018 19:31
3 Şərh     Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2016-cı ildə Ankara hökuməti tərəfindən həbs edilmiş amerikalı pastor Endrü Bransonun işi fonunda ABŞ-dan gələcək təhdidlərə sinə gərəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Biz qanun nəyi deyirsə onu, anlayırıq, qanunumuz var, təhdidləri anlamırıq. Biz doğru olanı edirik, lakin təhlükəyə gəldikdə, bizdən inciməsinlər. Biz düşdüyümüz vəziyyətdən çıxacağıq, xalqım öz ayağı üzərində durub... ABŞ-a müraciət edərək deyirəm ki, NATO-dakı strateji müttəfiqinizi hansısa pastora dəyişdiniz üçün təəssüf olsun",- deyə R.T. Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti həmçinin bildirib ki, Türkiyə təhdid edilir, lakin türk xalqını təhdid yolu ilə heç bir şeyə nail olmaq mümkün deyil

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.