Dünya

Rumıniya çalxalanır: diaspor siyasətə qarışdı - YENİLƏNİB - VİDEO - FOTO

11 Avqust 2018 09:39
0 Şərh     Baxış: 1 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:39

Rumıniyanın paytaxtı Buxarestdəki etiraz aksiyalarının 460 iştirakçısı müxtəlif formada və ağırlıqda bədən xəsarətləri alıblar. 2 jandarm xəstəxanaya aparılıb.

Milli.Az European-a istinadən bildirir ki, dünən axşam saat 19 radələrində başlanmış nümayişdə aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub. Yürüşçülər Rumıniya hökumətinin binasının önündəki metal səddi yarmaq üçün dəfələrlə cəhd göstəriblər. Polisə fişənglər, butulkalar, daşlar atılıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz qumbaraları və su şırnaqları tətbiq edib.

Rumıniya Jandarmeriyasının yaydığı məlumatğa görə, Hökumət evinin qarşısındakı meydana yığışanlar radikallığı ilə tanınan bir sıra ictimai qrupların mənsubları, habelə futbol klublarının fanatları olublar.

Müxtəlif məlumatlara görə, Viktoriya meydanəna və ətrafdakı bulvarlara təxminən 100 min insan toplaşmışdı. Onlar hökumətin istefasını tələ ediblər.

"Viktoriya meydanı" metro stansiyası qapadılıb.

Rumıniyanın Kluj, Sibiu, Braşov, Timişoara, Oradya, Yassı, Konstansa, Bakeu və s. şəhərlərində də etiraz aksiyaları keçirilib.

Viktoriya meydanındakı eğtiraz aksiyasına Fransa, İtaliya, İsveç, Almaniya, Norveç, ABŞ və digər ölkələrdə yaşayan rumınlar da qatılmışdılar.

Mitinq iştirakçıları hökumətin istefasını, parlamentin buraxılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, ədliyyə və məhkəmənin müstəqilliyini, 300 senatordan ibarət birpalatalı parlamentin yaradılmasını, elektron seçki sisteminin yaradılmasını tələb edirlər. 300 senatorun 100 nəfəri diaspor nümayəndələri olmalıdır.

Rumınlar ölkədəki vergi sistemindən, təqaüd islahatlarından, sosial yardım sistemindən narazıdırlar. Onlar iqtisadiyyatın, sahibkarlığın, kənd təsərrüfatının inkişafını tələb edirlər.

08:30

Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 440 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Agerpres məlumat yayıb.

Qeyd olunub ki, 440 nəfərə, o cümlədən 24 jandarma tibbi yardım göstərilib. Onlardan 65-i xəstəxanaya yerləşdirilib.

02:04

Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 247 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə News.Ro məlumat yayıb.

Məlumatda bildirilir ki, mitinq zamanı 247 aksiya iştirakçıs və doqquz jandarm tibbi yardım göstərilib. Onlardan 16 nəfəri, o cümlədən dörd jandarm xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, etirazçılar hökumətin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.