Dünya

Məhkəmə Robert Koçaryanın şikayətinə baxır

11 Avqust 2018 23:05
0 Şərh     Baxış: 933

Yerevan Apellyasiya Məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişmək haqqında şikayəti ilə bağlı dinləmələr davam edir.

Sabiq Ermənistan prezidenti Robert Koçaryan barəsində birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətin araşdırılması prosesi 9 avqustda başlanıb və avqustun 10-da davam edəcək.

İlk məhkəmə gününün sonunda Koçaryanın vəkili Hayk Alumyanın jurnalistlərə dediyinə görə, bunun səbəbi ittihamçı və müdafiə tərəflərinin öz arqumentlərini tam təqdim etməyə vaxtın çatışmamasıdır.

Məhkəmə prosesi qapalı rejimdə keçirilir. Proses saat 12-də başlayıb, vəkillər jurnalistlərin suallarına məhkəmədən sonra cavab verməyi vəd ediblər.

Apellyasiya Məhkəməsinə iki vəsatət təqdim edilib: biri ilə birinci instansiya məhkəməsinin qərarını ləğv edib, Robert Koçaryanın azad edilməsi, ikinci vəsatətlə isə həbs tədbirin girovla azadlığa buraxılması təklif olunur.

Çərşənbə günü Ermənistan Baş Prokurorluğu 40-dan çox Ermənistan millət vəkillərinin eks-prezident Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməyib.

Robert Koçaryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur.

Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Yerevan birinci instansiya məhkəməsinin qərarı ilə Robert Koçaryan iyulun 27-də iki ay müddətinə həbs olunub.

Robert Koçaryan və vəkilləri onun siyasi təqibə məruz qaldığını deyirlər.

2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət almışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.