Dünya

Yunanıstanda yanğınlar: ölənlərin sayı 93 nəfərə çatıb

9 Avqust 2018 23:57
0 Şərh     Baxış: 496

Yunanıstanda meşə yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yunanıstanın yanğından mühafizə xidməti məlumat yayıb.

Xatırladaq ki, iyulun 23-də Yunanıstanda, əsasən də Attikada bir neçə yerdə yanğın baş verib. Havanın yüksək temperaturu və güclü külək yanğına qarşı mübarizəni çətinləşdirib. Vəziyyət nəzarətdən çıxıb. Attikanın şərqində onlarca insan ölüb, təxminən 190 nəfər xəsarət alıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.