Dünya

İraq İranla ticarətdə dollardan imtina edir

9 Avqust 2018 23:56
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq hökumətinin rəsmi nümayəndəsi Saad əl-Hədisi bildirib ki, ölkə Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İranla hesablamalarda dollardan imtina etməyə hazırlaşır.

Milli.Az "Report"a istinadən bildirir ki,  onun sözlərinə görə, sanksiyalar hər şeydən əvvəl pul köçürmələri və ABŞ dolları ilə aparılan bank əməliyyatlarına təsir göstərəcək.

"Tərəflər dollardan istifadə etməyəcək", - deyə Əl-Hədisi bildirib.

Bununla yanaşı, o əlavə edib ki, Amerika valyutasından imtina ikitərəfli ticarətin azalmasına səbəb olacaq.

"İstənilən halda hökumət bununla bağlı yaranan bütün problemləri həll etməyə çalışacaq, İraq bazarına təsirin tarazlaşdırılması, həmçinin İran vətəndaşlarının maraqlarına ziyan dəyməsinə yol verməmək üçün müvafiq mexanizmlərin axtarışı ilə məşğul olacaq", - deyə həmsöhbət söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.