Dünya

İstanbul aeroportunda iki sərnişin təyyarəsi toqquşub - VİDEO

9 Avqust 2018 23:54
0 Şərh     Baxış: 3 151

Mərakeşin "Royal Air Maroc" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk beynəlxalq hava limanında "Turkish Airlines"ın layneri ilə toqquşub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə cümə axşamı yerli "Hurriyet" qəzeti yazıb.

Hadisə beynəlxalq terminal yaxınlığındakı təyyarə dayanacağı zonasında baş verib. Mərakeş layneri öz çıxışına doğru hərəkət edərkən, məlum olmayan səbəblərdən qanadı ilə "Turkish Airlines"a məxsus təyyarənin gövdəsinin arxa hissəsinə toxunub. Türkiyə təyyarəsi çıxış yaxınlığında dayanıb və Ciddəyə (Səudiyyə Ərəbistanı) uçmağa hazırlaşırmış.

Hər iki təyyarə zədələnib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.