Dünya

Belçikada iki uşaq evtanaziyaya məruz qaldı

9 Avqust 2018 20:54
9 Şərh     Baxış: 2 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Doqquz və on bir yaşlı oğlan uşaqları evtanaziyaya məruz qalan ən gənc pasiyentlər oldular.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Irish Mirror" məlumat yayıb.

Uşaqların kimliyi açıqlanmır, lakin kiçiyinin beyin şişindən, digərinin isə mukovisidozdan əziyyət çəkdikləri məlumdur.

Onlara ölümcül inyeksiya Belçikada edilib: bu ölkədə evtanaziyanın tətbiqində yaş məhdudiyyəti yoxdur.

Əməliyyatdan öncə uşaqların atdıqları addımı nə dərəcədə anladıqlarını müəyyən etmək üçün onlar psixiatr tərəfindən müayinə olunublar.

Nəşrin məlumatına əsasən, uşaqlar evtanaziyaya 2016-2017-ci illərdə məruz qalıblar. Lakin bu barədə yalnız Belçikada evtanaziyanı tənzimləyən xüsusi komissiyanın hesabatından sonra bəlli olub.

Belçikada evtanaziyaya 2002-ci ildən icazə verirlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.