Dünya

Lavrov Türkiyəyə səfər edəcək

9 Avqust 2018 18:07
0 Şərh     Baxış: 353

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

"Rusiya-Türkiyə müzakirələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri - Suriya, Yaxın Şərq, Zaqafraziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq", - M.Zaxarova söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.