Dünya

İraq İranla bank əməliyyatlarını dondurdu - ABŞ-ın yeni sanksiyalarından sonra

9 Avqust 2018 17:15
2 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə İraqın "Al-Mada" elektron nəşri məlumat verib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq tərəfini aktivləri dondurmaq və "qara siyahı"ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bütün bank əməliyyatlarını dayandırmağa məcbur edib.

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Məzhər Məhəmməd İrana qarşı məhdudiyyətlərin bank sektoru ilə yanaşı, energetika sahəsinə də toxunduğunu bildirib: "İraq hökuməti ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar alternativ enerji mənbələri üçün axtarışa başlayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.