Dünya

Hindistanda torpaq sürüşməsi - 20-dən çox ölü

9 Avqust 2018 14:36
0 Şərh     Baxış: 412

Hindistanın cənub-qərbindəki Kerala ştatında torpaq sürüşmələri nəticəsində 25 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, torpaq sürüşmələrinə səbəb iki gün aramsız yağan yağıntılar səbəb olub.

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Koçin şəhərinin hava limanı da bağlanıb. Sinoptiklər şiddətli yağışın daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Sürüşmələr nəticəsində qurban sayının artacağı istisna olunmur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.