Dünya

Məkkədə cinayətkarı edam etdilər, sonra çarmıxa çəkdilər - FOTO

9 Avqust 2018 11:33
11 Şərh     Baxış: 3 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının Məkkə şəhərində cinayətdə ittiham olunan kişi edam edildikdən sonra çarmıxa çəkilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, myanmarlı Elias Abulkalam Camaledden edam edildikdən sonra çarmıxa çəkilərək xalqa nümayiş etdirilib.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi Camaleddenin bir qadının evində silahla girdiyini, evdə atəş açdığını, daha sonra qadını bıçaqlayaraq öldürdüyünü bəyan edib. Məhkum silah oğurluğu, qadından başqa bir nəfəri də qətlə yetirməkdə ittiham olunub.

Onun başı kəsilərək edam edilib.

"Bloomberg"in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında sonuncu çarmıxa çəkərək edam etmə faktı 2010-cu ildə qeydə alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.