Dünya

Mərcdə qalib gəlmək üçün 6 nəfəri QƏTLƏ YETİRDİ - ŞOK CİNAYƏT - FOTO

9 Avqust 2018 11:24
3 Şərh     Baxış: 5 054

8 nəfərin qatili Hamdi Kayapınarın "İstanbulun amansız qatili" adlandırılan Seyit Ahmet Demirci ilə "Kim daha çok adam öldürəcək" yönündə mərc etdikləri iddia edilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Kayseridə əvvəllər 7 qətl törədən Hamdi Kayapınarın son olaraq keçən həftə bir villanın təhlükəszilik əməkdaşını öldürdüyü məlum olub.

Kayapınar saxlanıldıqdan sonra hakim qarşısına çıxdığında "İddianı qazanan mən oldum" deyib.

Qatil Hamdi Kayapınar ilk cinayətini 1994-cü ildə törədib. Düşünür ki, valideynləri digər oğlunu ondan daha çox istəyir və 13 yaşlı qardaşını iplə boğaraq öldürür. 4 il həbs həyatından sonra, azadlığa çıxıb. Həbsxanadan çıxdıqdan sonra 1998-2001 arasında 6 nəfəri öldürüb. Onu bu qətl olaylarına görə axtaran polisi ayağından vuraraq, qaçıb. 2002-ci ildə yaxalanılb. Polisə verdiyi ilk ifadəsində ailəsini və cəmiyyəti təqsirləndirən Kayapınar "Məni bugünə kimi heç kim sevmədi. Atam hər zaman təhqir etdi. Cəmiyyət özündən kənarlaşdırdı. Məktəbə gedə bilmədim. Bir sənət sahibi olmadım. Xoşbəxt ailəm və məni sevən ana-atam olsaydı, belə olmazdım" deyib.

Hamdi Kayapınar ifadəsində Seyit Demirci ilə daha çox adam öldürməkdən iddiaya girdiyini və 6 nəfəri bu səbəbdən öldürdüyünü etiraf edib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tənqidçi · 9 Avqust 13:2120

    Həmişə qatı cinayərkarlar özünü çox fağır və yazıq kimi aparırlar...ən dəhşətli onlar olurlar...onların bu cür baxışları həmişə qırağdakıları aldadır yəni güman etmirsən ki,bu dəhşətli qatildi...

    Cavab yaz
    • Anonim
      Anonim · 9 Avqust 15:4200

      Bir anliq menim bele yazigim geldi serhiniz oyatdi.. Tamamile duzdu. Aciyiram. Bunlarin bedbextliklerine sebeb aileden cox etraflari, cemiyyetdi.

      Cavab yaz
  • Anonim
    Qumru · 9 Avqust 13:5300

    Psixoloji zerbe aldigi goz onundedir. Vaxtinda mudaxile olunsaydi bir cox insanin heyati mehv olmazdi,ici ozu qariwiq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.