Dünya

HƏMAS İsraili, İsrail də Qəzzanı vurdu - FOTO

9 Avqust 2018 10:34
2 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən və srağagün Fələstinin Qəzza bölgəsindən İsrail ərazisinə 150 raket buraxılıb. Fələstindəki HƏMAS hərəkatının yaydığı bəyanatda belə deyilir.

Milli.Az European-a istinadən bildirir ki, İsrailin Müdafiə Ordusunun (SAXAL) yaydığı açıqlamada isə Qəzzadan İsrailə 80 raket buraxıldığı qeyd olunub.

İsraildəki "İron Dome" ("Dəmir Qübbə) hava şücumundan müdafiə sistemi 25 buraxılışa reaksiya verib, 14 raketi səmada vurub.

HƏMAS-ın buraxdığı raketlərin tam əksəriyyəti çöllüyə düşüb.

Sderot şəhərində və Xof Aşkelonda isə raketlər evlərə düşüblər.

İsraildə 3 nəfər yaralanıb. Eşkolda miqrant fəhlə qadın xəsarət alıb.

Sderotda iki hamilə qadın şok keçirdiklərindən onlarda erkən doğuş olub.

İsrailin Hərbi-Hava Qüvvələri cavab olaraq Qəzza bölgəsində HƏMAS-ın 140 obyektinə raket zərbələri endiriblər.

Həmin obyektlər arasında HƏMAS-ın Cəbaliyədəki mənzil-qərargahı, təlim-məşq bazaları, silah və sursat istehsalı emalatxanaları, silah anbarları, tunel inşaatçıları bazaları, yeraltı infrastrukturlar, habelə raket atışlarını həyata keçirən yaraqlı qruplar vardı.

Qəzzanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, SAXAL-ın zərbələri nəticəsində 3 fələstinli həlak olub, 12 nəfər yaralanıb. Həlak olanlar arasında hamilə qadın və onun kiçik qızı var.

İsraildə raket təhlükəsi ilə bağlı bir sıra bölgələrdə uşaq düşərgələrinin fəaliyyəti təxirə salınıb. Aşkelon-Sderot istiqamətində qatarların hərəkəti dayandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.