Dünya

Dünyanın ən böyük günəş elektrik stansiyası tikilir

8 Avqust 2018 20:37
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir hökuməti Qahirədən 640 km cənubda Sahara səhrasında dünyanın ən böyük günəş elektrik stansiyasını inşa edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, tikinti işlərinin gələn il yekunlaşması gözlənilir.

Stansiya 1,8 GVt elektrik enerjisi istehsal edə biləcək. Bu, 1 milyon ailəni enerji ilə təmin etmək üçün kifayətdir.

Layihənin dəyəri təxminən 2,8 milyard dollar qiymətləndirilir, günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsi isə 4 min iş yeri yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.