Dünya

Əfqanıstanda "Taliban" qruplaşmasının əsirliyində olan 10 nəfər azad edildi

8 Avqust 2018 19:59
0 Şərh     Baxış: 342

Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində "Taliban" qruplaşmasının girovluğunda olan 10 nəfər azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Əməliyyat ölkənin Hilmənd vilayətinin Musa Qala mahalında keçirilib. Girovluqdan azad edilənlərin dördü polis məmuru, qalanları isə mülki şəxslərdir.

Azad edilənlər milli ordunun yaxınlıqdakı bölməsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.