Dünya

Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib

10 Avqust 2018 08:04
7 Şərh     Baxış: 4 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlində atletika üzrə Avropa çempionatında qızıl medal qazanan sprinter Ramil Quliyevi təbrik edib.

Milli.Az report.az-a istinadən bildirir ki, prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan Türkiyə millisinin Azərbaycan əsilli idmançısına telefonla zəng edib.

Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Prezident həmçinin R.Quliyevə ayrıca təbrik teleqramı da göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.