Dünya

Nazirin açıqlaması ölkəsinə 20 milyard dollara başa gəldi - Bircə cümləyə görə...

8 Avqust 2018 21:00
0 Şərh     Baxış: 2 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın xarici işlər naziri Kristia Friləndin Səudiyyə Ərəbistanı ilə ölkəsinin münasibətlərinin qopmasına səbəb olan tviti Kanadaya bu ana qədər fantastik dərəcədə ziyan vurub.

Milli.Az xəbər verir ki, iki ölkə arasında diplomatik böhran dərinləşərkən, böhranın iqtisadiyyata təsirinə dair ilk hesablamalar başa çatıb.

Nazirin Səudiyyə Ərəbistanının paytaxtında həbs edilən kanadalı aktivistlər Raif Bədəvi, bacısı Samar Bədəvi və daha bir qadının azadlığa buraxılmasına dair yazdığı tvit Kanadaya 20 milyard dollara başa gəlib.

Səudiyyə Ərəbistanı ilə Kanadanın ticarət əlaqələrinin dondurulması qərarı Kanadanın həmin ölkəyə satacağı və hələ ki, istehsal mərhələsində olan toplamda 15 milyard dollarlıq 928 ədəd yüngül və ağır hərbi zirehli avtomobil paketinə də təsir edirb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Stefan Jozef Harperin Kanadanın baş naziri olduğu dövrdə Ontario əyalətində yerləşən "Ümumi Dinamik Quru Sistemləri" firmasının istehsal etdiyi yüngül silahlı avtomobillər olan LAV tipli hərbi ləvazimatlardan 928 ədəd sifariş etmiş, 2014-cü ildə işləri tamamlanan satış 2015-ci ildə iqtidara gələn Castin Trüdonun hökuməti tərəfindən təxirə salınmışdı.

Kanada ictimaiyyətində uzun müddət mübahisələrə səbəb olan satış dövrün xarici işlər naziri Stefen Dionun təşəbbüsü ilə 2016-cı ilin aprel ayında təsdiq edilmiş və satışa icazə verilmişdi. Sözügedən layihəni alan şirkət istehsal üçün 470-i emalda olmaqla, 2470 nəfəri işə götürmüşdü. Səudiyyə Ərəbistanının son qərarı ilə şirkət bu 2470 nəfərin işsiz qalacağını açıqlayıb.

Ticarət münasibətlərini dondurma çərçivəsində Kanadadakı universitetlərdə Səudiyyə Ərəbistanının dövlət təqaüdü ilə oxuyan 17 272 tələbə ailəsi ilə birlikdə ölkəsinə qayıdacaq. Səudiyyə Ərəbsitanı Təhsil Nazirliyindən verilən açıqlamada Riyad hökumətinin təhsil, təqaüd və tələbə göndərilməsi proqramlarını ləğv etdiyi ifadə edilib. Kanadadakı tələbələr isə qısa zamanda digər ölkələrə köçürüləcək. Ottava Universitetinin araşdırmasına görə, beynəlxalq tələbə statusu çərçivəsində Kanadada olan səudiyyəli tələbələr ölkədəki ən böyük 6-cı tələbə toplumunu yaradıb. Bu tələbələrin Kanada iqtisadiyyatına faydası təhsil və yaşayışla birgə 500 milyon dollardır.

Kanadanın Statistika Komitəsinin hesabatına görə, iki ölkə arasında ticarətin həcmi 4 milyard dollardır.

Böhranın təsir göstərdiyi digər bir sahə isə iki ölkə arasında beynəlxalq uçuşlar olub.

Digər tərəfdən Səudiyyə Ərəbistanı hökumətinin verdiyi qərar çərçivəsində Kanada ilə həmin ölkə mənşəli şirkətlərin üçüncü ölkələrdəki ortaqlıqları da ləğv ediləcək.

Böhranı şərh edən mütəxəssislər bunun 20 milyarddan da artıq ziyan vura biləcəyini və bu rəqəmin artacağını dilə gətiriblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.