Dünya

Nazir: "Türkiyə sanksiyalara baxmayaraq İrandan qaz almaqda davam edəcək"

8 Avqust 2018 15:30
0 Şərh     Baxış: 813

Türkiyə ABŞ-ın sanksiyalarına baxmayaraq İran qazını əvvəlki kimi almaqda davam edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə üçün vacib məsələ enerji təhlükəsizliyidir:

"Bizim İranla 2026-cı ilədək qaz müqaviləmiz var. Bu müqavilə əsasında biz ildə 9,5 milyard kubmetr qaz alırıq. Bizim vətəndaşlarımızı soyuqda və elektriksiz saxlamaq niyyətimiz olmadığı üçün bu müqavilənin icrası davam etdiriləcək".

Nazir əlavə edib ki, ABŞ İrana qarşı sanksiya qərarı birtərəflidir, Türkiyə isə qanuni ticarətlə məşğuldur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.