Dünya

Körpənin həyatını qurtaran polis “cənnətdən gələn mələk” adlandırıldı - VİDEO

8 Avqust 2018 09:27
6 Şərh     Baxış: 5 934

ABŞ-da restoranların birində gözlənilməz hadisə yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Florida ştatında bir qadın iki uşağı ilə birlikdə alış-veriş etdikdən sonra restoranda nahara əyləşib. Ancaq bu zaman 14 aylıq körpəsi toyuq sümüyündən boğulmağa başlayıb. Uşağı üzüstə çevirib kürəyinə vuran ananın cəhdləri uğursuz olub. Kənardan ananın köməyinə çatan polislərdən biri eyni hərəkəti təkrarlayaraq uşağı üzüstə çevirib. Əvvəlcə yüngülcə körpənin kürəyinə vuran polis bir qədər sonra güclü şəkildə vurmağa başlayıb.

Polisin müdaxiləsi uşağın həyatını xilas edib. Şok keçirən ananı ətrafdakı insanlar sakitləşdirib. O isə qızının həyatını xilas edən polisi "cənnətdən gələn mələk" adlandırıb. Görüntüdəki polis əməkdaşı artıq ölkəsində "qəhrəman" elan edilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Körpənin həyatını qurtaran polis

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Salam · 8 Avqust 10:3490

    Ana necə təmkinli davranib uşaği polisə həvalə etdi ki yardim elesin. Biz olsaq uwagi götürüb dəli kimi ora bura qacacagiq. Axirda da hec nə...

    Cavab yaz
    • Anonim
      */* · 8 Avqust 15:0910

      Duz deyirsiz vallah.Tek olmuwam,uwaq yemekden ceceyib,ozumu itirmiwem,uwagi o veziyyetde goturub qonwulara qacmiwam(Videoya baxdiqca agladim cunki nece defe bawima gelib,hec birinde ozum komek ede bilmemiwem.ureyim sixilib,stressden xeste duwmuwem.Hele de uwaq yemek yeyende men qorxudan esirem.

      Cavab yaz
      • Anonim
        Leyla · 8 Avqust 15:1500

        Bele olanda dosun alt terefinde ama ortadan basirsan sumuy cixir verlisde gosterifler ama bele olanda qormaq pis seydi

        Cavab yaz
  • Anonim
    Səadət əsri · 8 Avqust 11:4130

    Nə yaxşı qurtuldu uşaq çox təsirləndim şükür

    Cavab yaz
  • Anonim
    Qumru · 8 Avqust 13:1630

    Polislerin tibbi bilikleri en azindan vetendawin tibbi biliyinden ustun olmalidir ki, ehtiyaci olana komek ede bilsin. Ne yaxwi bele insanlar var.

    Cavab yaz
  • Anonim
    Джесика · 8 Avqust 15:0020

    Бахдыгца хем урейим есди ,хем де гозлерим долду. Халал олсун. Инсанлыг дурур,чох шукур.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.