Dünya

Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi

23 İyul 2018 12:50
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mumbai polisi beynəlxalq aeroportda bomba təhlükəsi barədə yalan informasiya verən şəxsi saxlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, polis bildirib ki, Kutubuddin Şaxivala adlı şəxs hüquq-mühafizə orqanlarına zəng edərək səhər saatlarında Yəmənə uçan xanım sərnişinin çemodanında bomba olması barədə xəbər verib. Daha sonra həmin xanımın baqajı yoxlanılıb və heç bir partlayıcı aşkar edilməyib.

Zənglə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, K.Şaxivala həmin xanımla internetdə tanış olub, sonra ona ailə qurmaq təklif edib. Xanım onun təklifini rədd edincə isə, daim onun üçün problemlər yaradacağı barədə xəbərdarlıq edib.

Polisin verdiyi məlumata görə, aeroportda bomba təhlükəsi barədə xəbər verərkən də həmin şəxsin məqsədi xanim üçün problem yaratmaq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.