Dünya

Rusiya ordusu Ermənistanda təlimlərə başladı

23 İyul 2018 12:41
0 Şərh     Baxış: 1 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ermənistandakı hərbi bazasında 3 mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsindən bildirilib ki, təlimlər çərçivəsində əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi Kamxud və Alagöz poliqonlarına marş edib. Təlimlərə 500-ə qədər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya  cəlb olunub.

Havadan bölmələri "MiQ-29" təyyarələri, "Mi-24" və "Mi-8 MTŞ" helikopterləri müşayiət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.