Dünya

Trampdan Ruhaniyə: "Diqqətli olun, yoxsa ağır nəticələr ilə üzləşərsiniz" - FOTO

23 İyul 2018 11:43
4 Şərh     Baxış: 2 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp bir daha ABŞ-ı təhdid etməmək barədə İran prezidenti Həsən Ruhaniyə xəbərdarlıq edib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Donald Tramp bu barədə şəxsi Twitter hesabında yazıb. O bildirib ki, təhdidlər davam etsə, nəticələr yaxşı olmayacaq.

"Bir daha ABŞ-ı təhdid etməyin. Əks təqdirdə tarix boyunca bir neçəsinin yaşadığı kimi bunun ağır nəticələri ilə üzləşərsiniz. Diqqətli olun".

Qeyd edək ki, Həsən Ruhani "Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız" sözlərini söyləmişdi.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.