Dünya

Trampın igamətgahının üstündə uçan təyyarənin qarşısı alınıb - Ağ Ev

23 İyul 2018 07:14
0 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın iqamətgahının üstündə uçan təyyarənin qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibinin müavini Lindsi Uolters deyib.

Qeyd olunur ki, şənbə günü Nyu-Cersi ştatında Trampın igamətgahı rayonunda uçuşsuz zona adlanan əraziyə daxil olan kiçik təyyarənin qarşısı alınması üçün havaya F-16 qırıcıları qaldırılıb.

Uoltersin sözlərinə görə, görülən tədbirlər bu cür vəziyyətdə tətbiq olunan standart praktikadır: "Təyyarənin pilotu sorğu-sual edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.