Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (birpalatalı parlament) bazar günü ölkənin yeni konstitusiyasının layihəsini təsdiq edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd yekdilliklə qəbul olunub.
Konstitusiya layihəsi ictimai müzakirəyə, daha sonra isə referenduma çıxarılacaq. Ümumxalq səsverməsinin keçirilmə tarixi hələlik açıqlanmır. Gözlənilir ki, o, ilin sonuna qədər baş tutacaq.
Milli.Az