Dünya

Əfqanıstanın hava limanında törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB - VİDEO - FOTO

22 İyul 2018 20:18
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:18

Əfqanıstanın paytaxtı Kabilin Həmid Kərzayi adına beynəlxalq hava limanında baş verən partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə zamanı ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Qeyd edək ki, partlayış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum hava llimanını tərk edən zaman törədilib.

"Tolo News" telekanalının məlumatına görə, hadisəni terrorçu kamikadze törədib. Partlayış zamanı daha 60 nəfər xəsarət alıb. Partlayışda Əfqanıstan hökumətinin üzvlərindən heç kim xəsarət almayıb.

Daha əvvəl hadisə zamanı 9 nəfərin həlak olduğu, 14 nəfərin yaralandığı bildirilirdi.

18:58

Əfqanıstanın paytaxtı Kabilin hava limanında törədilən partlayış zamanı 9 nəfər həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum bildirib.

Dostum qeyd edib ki, partlayış Həmid Kərzayi adına hava limanında, yerli vaxtla saat 17:00-da, onun gəlişindən sonra törədilib.

Telekanalın məlumatına görə, yerli vaxtla saat 16:30-da hava limanına gələn vitse-prezident dərhal özünün avtomobilinə minib və təhlükəsizlik orqanları əməkdaşlarının müşayiəti ilə aeroportdan uzaqlaşıb. Bu zaman o, partlayış səsi eşidib.

Telekanalı məlumatlandıran mənbənin sözlərinə görə, partlayıcı qurğunu terrorçu kamikadze işə salıb. Dostumin müşayiət edən şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.