Dünya

Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi - FOTO

22 İyul 2018 17:28
14 Şərh     Baxış: 4 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Efiopiyanın Cəlilə qəsəbəsində peyğəmbər olduğunu deyən Getayavkal Ayele adlı şəxs ölünü dirildə bilmədiyi üçün həbs edilib.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Belay Biftu adlı ölünün ailəsinin yanına gedən "peyğəmbər" İsanın "İncil"dəki Müqəddəs Lazarı diriltməsi hekayəsini danışaraq eynisini edə biləcəyini deyib. Ailə Biftunun qəbrindən çıxarılmasına razılıq verib. Sosial şəbəkədə paylaşılan görüntülər zamanı Ayele cəsədin üzərinə oturaraq "Belay, oyan" deyə qışqırıb.

Bəzi ailə üzvləri huşunu itirsə də, seansdan sonra ölü dirilməyib. Bundan əsəbiləşən ailə Ayeleni döyməyə başlayıb. O, polisin müdaxiləsindən sonra ailə üzvlərinin əlindən xilas edilib. Ancaq o, ölülərin narahat edilməsini cinayət hesab edən Efiopiya qanunlarına zidd çıxdığı üçün həbs edilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.