Dünya

İranda zəlzələ: yaralıların 287 nəfərə çatıb - YENİLƏNİB - FOTO

22 İyul 2018 22:56
28 Şərh     Baxış: 5 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:56

İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu "Tasnim" agentliyi vilayətin qubernatoruna istinadən məlumat yayıb.

"Zəlzələ zamanı 287 nəfər xəsarət alıb. Yeraltı təkanlardan 43 kənd ziyan çəkib. 101 bina tamam dağılıb", - deyə qubernator Huşand Bazvand bildirib. 

O, həmçinin əlavə edib ki, vilayətin kənd və şəhərlərində 800 bina qismən ziyan dağılıb. Hazırda təmir işləri aparılır. 

21:41

İranda zəlzələ nəticəsində yaralananların sayı 146-ya çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha öncə 128 nəfərin xəsarət aldığı bildirilirdi.

Ölkənin təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarəsinin rəhbəri Pir Hüseyn Kolivand deyib ki, zəlzələ nəticəsində xəsarət alanların 21-i xəstəxanaya çatdırılıb.

Bu gün İranın Kermanşah vilayətində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ vilayətin bütün ərazisində hiss olunub.

18:29

Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi  əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.

Qeyd edək ki,  undan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

----------
16:47

Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.  

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.