Dünya

SEPAH-ın 11 əsgərini bu təşkilat öldürüb

21 İyul 2018 19:44
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK terror təşkilatının İran qolu olan PJAK 11 iranlı əsgərin ölümünə görə məsuliyyəti üzərinə götürüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda PJAK-ın yaydığı bəyanatda deyilir.

Bəyanata görə, İran əsgərlərinə hücum İran kəşfiyyatının 3 gün əvvəl İraqın Süleymaniyə şəhərinin Pencevin qəsəbəsində 3 PJAK üzvünün öldürülməsi ilə nəticələnən hücumuna cavabdır.

Qeyd edək ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın qərbində yerləşən Merivan şəhərinin yaxınlığındakı quru qoşunlarının qarovul postuna hücum olub. Hücum nəticəsində 11 hərbçi həlak olub, 8-i yaralanıb.

Qeyd olunur ki, SEPAH hücum edənlərdən bir neçəsini zərərsizləşdirməyə nail olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.