Dünya

Türkiyə Hərbi Hava Qüvvələrindən yeni əməliyyatlar - terrorçular məhv edilir

20 İyul 2018 12:21
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı xəbərdə qeyd olunub.

Məlumatda qeyd olunur ki, terrorçuların məhv edilməsi üzrə havadan əməliyyatlar Zap, Avaşin və Xakurk rayonlarında aparılır.

Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.