Dünya

Tramp Putini Vaşinqtona dəvət edib

20 İyul 2018 08:12
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini bu ilin payızında Vaşinqtona dəvət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun işgüzar səviyyədə davam etdirilməsi ilə razılaşıb. Prezident Tramp Con Boltondan (milli təhlükəsizlik üzrə müşavir) prezident Putini payızda Vaşinqtona dəvət etməsini istəyib".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.