Dünya

Almaniyada əməliyyat - İŞİD üzvü saxlanıldı

19 İyul 2018 16:34
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat Almaniya Baş prokurorluğunun tələbi ilə Saksoniya federal torpağında keçirilib.

Əməliyata əsasən 22 yaşlı Suriya vətəndaşı A.A.İsmayılın mənzilində axtarış aparılıb.

Saxlanılan şəxs İŞİD terror təşkilatının təbliğ edilməsində ittiham olunur.

A.A.İsmayılın bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.