Dünya

ABŞ Dövlət Departamenti Tramp Putin görüşündən sonra üç təkliflə çıxış edib

19 İyul 2018 11:19
0 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti ölkə başçısı Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra üç təklifi nəzərdən keçirir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə brifinqdə qurumun rəsmi nümayəndəsi Hizer Nauert məlumat verib.

Birinci təklifə ABŞ və Rusiyadan olan iş adamlarından ibarət yüksək səviyyəli işçi qrupunun yaradılması, ikinciyə iki ölkənin politoloqlarından, hazırkı və sabiq diplomatlarından, sabiq hərbi qulluqçularından ibarət ekspert şurasının yaradılması daxildir. Üçüncü təklif isə ABŞ Milli Təhlükəsizlik Şurası (MTŞ) və Rusiya Təhlükəsizlik Şurası (TŞ) arasında görüşlər keçirməkdən ibarətdir.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin arasındakı görüş iyulun 16-da Finlandiyada keçirilib. Dövlət başçıları əvvəlcə təkbətək, ardından isə genişləndirilmiş formatda danışıqlar aparıblar. Bundan sonra onlar birgə mətbuat konfransı keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.