Dünya

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19 İyul 2018 07:25
0 Şərh     Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bu gün fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da  qüvvədən düşüb.  Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Sonra isə parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, terrorçuluqla mübarizə davam etdiriləcək. "Təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər", deyə İ.Kalın vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.