Dünya

Fransada turistlərə bu yerlərə getmək qadağan olundu

18 İyul 2018 20:40
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hökuməti Monblan və "Kral marşrutu"na məhdudiyyət qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məhdudiyyət bura çoxlu sayda turistlərin gəlməsilə bağlıdır. Belə ki, həmin yerlərdə böyük insan sıxlığının yarandığı bildirilib.

Qeyd olunur ki, məhdudiyyət 8 gün müddətinə tətbiq olunur.

Məlumata görə, həmin yerlərə yalnız daha öncədən sifarişlə bron etmiş turistlər buraxılacaq.

Ümumiyyətlə isə belə qərarın həmin ərazidə təhlükəsizlik və çirklənmə səviyyəsini qorumaq üçün atıldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.