Dünya

Əfqanıstanda iki ABŞ hərbçisi ölüb

18 İyul 2018 14:31
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın mərkəzində yerləşən Maydan-Vardaq əyalətində radikal "Taliban" hərəkatının silahlıları tərəfindən təşkil edilən hücumda azı iki ABŞ hərbçisi ölüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, əyalət başçısının mətbuat katibi Əbdülrəhman Manqal silahlıların Calrez mahalında ABŞ hərbi bölmələrinin mövqelərinə hücum etdiyini bildirib.

Ə.Manqal qeyd edib ki, bundan sonra ABŞ aviasiyası silahlıların gizləndiyi məktəbi bombalayıb, bina tam dağıdılıb, nəticədə bir neçə silahlı ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.