Dünya

Bacı-qardaş analarını öldürüb, qanında çimdilər - Ağılasığmaz cinayət - FOTO

18 İyul 2018 12:17
11 Şərh     Baxış: 7 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hissələrə bölünmüş, gözü çıxarılmış 71 yaşlı qadın cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Peruda ağılasığmaz qətl hadisəsi törədilib.

Polis 71 yaşlı Teodora Quispe Ccayllahuanun hissələrə ayrılmış cəsədini tapıb. Araşdırmalar nəticəsində məlum olub ki, qadını övladları öldürüb, gözlərini oyub, bağırsaqlarını kəsib, qanında çimiblər.

Qadının 3 övladı Aurelia Quispe, Percy Quispe və Marcelina Suane saxlanılıblar. Onlar ifadəsində cinayəti etiraf ediblər.

Qatillərdən biri polislərə analarını şeytana qurban verdiklərini söyləyiblər.

Qeyd edək ki, Satanizm - şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyandır. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.