Dünya

Adnan Oktarın qızları ələ keçirmək üsulu: öncə qardaşları ilə tanış olurdular - Etiraf

18 İyul 2018 12:14
1 Şərh     Baxış: 4 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktar və adamları ilə bağlı hər gün yeni və dəhşətli məlumatlar ortaya çıxır.

Milli.Az publika-ya istinadla bildirir ki, Adnan Oktar və təşkilatın üzvləri ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan 193 şübhəlinin (108-i qadındır) ifadələri alınmağa başlanılıb.

Şübhəlilərdən olan E.E.-nin isə yaşadıqları ilə bağlı danışdıqları şok effekti yaradır. Onun sözlərinə görə, təşkilatın kişi üzvləri gənc qızların beyinlərini yumaq üçün onlarla qonşu olur, ailələri ilə yaxın təmas qururdular.

"O zaman mənə yaxınlaşan kişilərdən biri yaşadığım binada bir mənzili kirayəyə götürərək mənə qonşu olmuşdu. Üç il ərzində sanki məni mühasirəyə aldılar. Zamanla təşkilata qatıldım", - şübhəli bildirib.

Onun sözlərinə görə, təşkilatın üzvləri hədəfə aldıqları qızları yaxından təqib edir, hətta onların tətildə qaldığı istirahət mərkəzləri və otellərdə nömrələr tuturdular.

"Təşkilatın bəzi üzvləri hədəfə aldıqları qızları ələ keçirmək üçün ilk olaraq onların anaları və qardaşları başda olmaqla, yaxın qohumları ilə tanış olur və beləliklə, qızlara addım-addım yaxınlaşırdılar. Bəzən qızları təşkilata cəlb etmək üçün 4-5 ildən çox çalışırdılar. Ətrafı tamamilə təşkilatın üzvləri ilə mühasirəyə alındığı üçün beyinlərinin yuyulmasından xəbərsiz olurdular", -şübhəli polisə ifadəsində söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.