Dünya

İranda “Instagram”a görə kütləvi həbslər başlayıb

18 İyul 2018 11:23
2 Şərh     Baxış: 3 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində "Instagram"da "uyğun olmayan" paylaşımlarına görə 46 nəfər saxlanılıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, saxlanılanlardan altısı qadındır.

Tutulanların fotoqraf, gözəllik salonları və restoran işçiləri olduğu məlum olub.

Polis İdarəsinin sözçüsü bildirib ki, onlar "mədəniyyətə zərər vermək məqsədilə" paylaşımlar ediblər.

Qeyd edək ki, İranda 2009-cu ildən etibarən "Facebook" və "Twitter" yasaqlansa da, İranın ali dini lideri Ayətullah Xameneyinin rəsmi "Twitter" hesabı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.