Dünya

Amerikalıların əksəriyyəti Trampın Rusiya siyasətini bəyənmir

18 İyul 2018 12:00
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalıların yarıdan çoxu ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasətini bəyənmir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Reuters" "Ipsos" Araşdırma Xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat verib.

Təxminən, min nəfərin qatıldığı sorğu Donald Trampın Helsinkidə Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparmasından sonra keçirilib.

Rəyi soruşulanların 55%-i ABŞ prezidentinin Rusiya ilə bağlı siyasətini bəyənməyib. 37% respondent əks fikirdədir. Razılıq bildirənlərin 71%-i respublikaçılar, 14%-i isə demokratlardır.

D.Trampın Helsinki sammitindəki çıxışı onun ümumi populyarlıq reytinqinə təsir göstərməyib: respondentlərin cəmi 42%-i prezidentin işini dəstəkləyir.

Sorğuda iştirak edənlərin 38%-i Rusiyanın ABŞ-ın düşməni olması iddiası ilə razılaşıb, təxminən eyni sayda respondent Rusiyanı "rəqib" adlandırıb, yalnız 8% rəyi soruşulan Rusiyanı dost hesab edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.