Dünya

Qadın rəfiqəsinin burnunu dişlədi, qoparıb, uddu - FOTO

18 İyul 2018 09:20
7 Şərh     Baxış: 6 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tək xatırladığım o idi ki, ağzıma qan dadı gəlirdi.

Milli.Az bildirir ki, bu sözləri rəfiqəsinin qurbanı olan Tatiana adlı qadın KTRK-TV-yə söyləyib.

"Mən dəli kimi qışqırırdım. 28 yaşım var və artıq mənim burnum yoxdur".

Texas ştatının Hyuston şəhərində yaşayan 41 yaşlı Cessika Kollins adlı qadın sərxoş ikən ondan evini tərk etməsini tələb edən rəfiqəsi Tatyananın burnunu dişləyib, qopardıb, sonra da udub.

"Həmin anda, sadəcə, ağrı hiss etdim. Nə baş verdiyini anlamamışdım. Xəstəxanada ayılanda gördüm ki, burnum yoxdur", - Tatyana söyləyib.

Hadisədən sonra Cessika saxlanılıb və 1000 dollar təzminat verdikdən sonra sərbəst buraxılıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.