Dünya

Dehlidə bina uçdu: 3 ölü

18 İyul 2018 09:03
0 Şərh     Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 18-də Hindistanın paytaxtı Dehlinin şərqindəki Big Noida şəhərində iki binanın dağılması nəticəsində üç adam həyatını itirib. Bu haqda Uttar Pradeş ştatının polis idarəsi məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Tikilən altı mərtəbəli binanın dörd mərtəbəli yaşayış binasının üzərinə aşması nəticəsində hər ikisi dağılıb. Hal hazırda 3 adımın öldüyü haqda məlumatımız var. Dağıntılar altında qalanların sayı barəsində və kiminsə sağ qalıb qalmaması haqqında hələ ki dəqiq informasiyamız yoxdur", - ştatın polis idarəsinin rəsmisi hadisəylə bağlı bəyanat verib.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Polisin sözlərinə görə, "binanın tikinti konstruksiyası qeyri-sabitdir və onun içində işlər aparmaq çox təhlükəlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.