Dünya

“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək” - Behruz Kəmalvənd

17 İyul 2018 23:17
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərtərəfli Birgə Fəaliyyət Planının  (HBFP) pozulması ilə İranın nüvə proqramının inkişaf sürəti  ölkənin daxili ehtiyacına uyğun həyata keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu  İran Atom Enerji Təşkilatının  sözçüsü  Behruz Kəmalvənd deyib.

"Hərtərəfli Bİrgə Fəaliyyət Planı olmazsa İranın nüvə fəaliyyətləri sürətlə artırılacaq və  uranın zənginləşdirilməsi  prosesində heç bir məhdudiyyət qoyulmayacaq.  Bütün bu variantlar  masa üzərindədir. HBFP davam etdirilərsə yaxşıdır, əks təqdirdə İran nüvə proqramını sürətlə davam etdiriləcək.  Ölkəmizin ehtiyacını təmin etmək üçün  proqramımızı davam etdirəcəyik", deyə B.Kəmalvənd qeyd edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.  Bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. D.Tramp İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.