Dünya

Tramp NATO-nun qüvvətlənməsini öz xidməti hesab edir

17 İyul 2018 21:39
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp NATO-nun qüvvətlənməsini öz xidməti kimi təqdim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə dövlət başçısı "Twitter" hesabında yazıb.

"NATO sammiti əla keçdi. Onlar artıq müdafiə məqsədləri üçün 33 milyard dollar xərcləyiblər və daha 100 milyardları mənim sayəmdə xərcləyəcəklər.

NATO zəif idi, amma indi yenə də güclüdür", - Tramp deyib.

ABŞ lideri dəfələrlə alyansa üzv olan ölkələri hərbi məqsədlər üçün xərclərinin az olmasına görə tənqid edib.

Hazırda NATO ölkələri arasında hərbi xərcləri ən çox olan Birləşmiş Ştatlardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.